...

Azərbaycan Prezidenti İlham Əliyev və İranın Ali Rəhbəri Seyid Əli Xamenei görüşüblər

Siyasət Materials 9 Aprel 2014 23:24 (UTC +04:00)
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və İranın Ali Rəhbəri Seyid Əli Xamenei görüşüblər

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur.

Trend-in məlumatına görə, Seyid Əli Xamenei xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini və bu görüşlər zamanı səmimi söhbətləri məmnunluqla xatırlatdı. O, Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğuladı.

Seyid Əli Xamenei əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi, xalqlarımız, dövlətlərimiz arasındakı yaxınlığın və ümumi köklərin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini qeyd etdi. İranın Ali Rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirdi. Seyid Əli Xamenei Azərbaycan Prezidentinin böyük təcrübəyə malik olduğunu vurğuladı və Azərbaycan xalqına firavanlıq arzularını çatdırdı.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında tarixi, mədəni, dini köklərin əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğuladı, iqtisadi əlaqələrimizin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırdı. Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin vacib olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin inkişafı üçün ölkələrimizin siyasi iradəyə malik olduğunu vurğulayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti