...

Elmar Məmmədyarov Fransanın sabiq xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 14 Aprel 2014 19:21 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın sabiq xarici işlər naziri Über Vedrin ilə görüşüb.
Elmar Məmmədyarov Fransanın sabiq xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın sabiq xarici işlər naziri Über Vedrin ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa münasibətləri və sözügedən münasibətlərin gələcək inkişafı müzakirə olunub.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi haqqında qarşı tərəfə məlumat verən E.Məmmədyarov, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həlli, eyni zamanda, regionun inkişafına mənfi təsir göstərdiyini bildirib.

Həmçinin nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud olan geniş fürsətlərdən yararlana bilmədiyini vurğulayıb.

Eyni zamanda, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti