...

Qərib Məmmədov: Gürcüstan Azərbaycanın bəzi ərazilərinə iddia edir

Siyasət Materials 25 Aprel 2014 16:02 (UTC +04:00)
"Gürcülər müəyyən sənəd və xəritələrə əsasən bizim bəzi ərazilərimizə iddia edirlər". Bunu Trend-ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Qərib Məmmədov deyib.
Qərib Məmmədov: Gürcüstan Azərbaycanın bəzi ərazilərinə iddia edir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

"Gürcülər müəyyən sənəd və xəritələrə əsasən bizim bəzi ərazilərimizə iddia edirlər". Bunu Trend-ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov deyib.

Komitə sədri bildirib ki, artıq Rusiya ilə sərhədlərin delimitasiyası, dəqiqləşdirilməsi məsələsi bitib. Hazırda demarkasiya məsələləri üzərində iş gedir. Gürcüstana gəlincə isə Azərbaycan bu ölkə ilə sərhədin delimitasiyası üzrə 480 km-dən 300 km-i razılaşdırıb, 180 km-i isə razılaşdırılmamış qalır. Hazırda bu məsələnin dəqiqləşdirilməsi məqsədilə ekspertlər səviyyəsində növbəti görüşün keçirilməsi üçün hazırlıqlar gedir.

Gürcüstanla aparılan sərhəd danışıqlarının bəzi detallarını açıqlayan Q.Məmmədov deyib ki, Gürcüstanın Azərbaycana qarşı müəyyən ərazi iddiaları var: "Orada müxtəlif arqumentlər var. Gürcülər müəyyən sənəd və xəritələrə əsasən bizim bəzi ərazilərimizə iddia edirlər. Biz də müvafiq sənədləri ortaya qoyuruq ki, bura sizin yox, Azərbaycanın əraziləridir, SSRİ vaxtında da bu cür olub. SSRİ vaxtından növbətçi xəritə var və 70 il müddətində bu cür yaşamışıq. İndi müstəqil olandan sonra birdən-birə nə dəyişib ki? Heç nə dəyişməyib axı. Yəni onların iddia etdikləri ərazilər Azərbaycanın sərhədləri daxilində olan ərazilərdir. Bizim isə onlara qarşı heç bir ərazi iddiamız yoxdur".

Respublika daxilindəki mübahisəli ərazilərə gəlincə, Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda mübahisəli ərazilər əsasən qonşular, fermerlər, bəzən isə bələdiyyələr arasında olur: "Biz koordinat sistemini tətbiq etməklə onları qaydasına qoyuruq. Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsindən sonra bizim bu sahədə imkanlarımız daha da təkmilləşib. Artıq bu işləri ənənəvi üsullarla deyil, müasir texnologiyalarla aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti