...

Tbilisi sammiti çərçivəsində müdafiə sahəsində üçtərəfli əməkdaşlıq məsələsi müzakirə olunub

Siyasət Materials 7 May 2014 17:20 (UTC +04:00)
Tbilisi sammiti çərçivəsində Gürcüstan, Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlıq məsələsi müzakirə olunub.
Tbilisi sammiti çərçivəsində müdafiə sahəsində üçtərəfli əməkdaşlıq məsələsi müzakirə olunub

Gürcüstan, Tbilisi, 7 may /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi sammiti çərçivəsində Gürcüstan, Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlıq məsələsi müzakirə olunub. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Gürcüstan Təhlükəsizlik Şurasının katibi xanım İrina İmerlişvili deyib.

O, qeyd edib: "Bizim Türkiyə və Azərbaycanla hərbi əməkdaşlığımız var. Bu, ikitərəfli münasibətlərdir. Söhbət üçtərəfli əməkdaşlığa keçiddən gedib. Müdafiə nazirləri sıx əməkdaşlıq edirlər, lakin bu əməkdaşlıq hələ ikitərəfli formatdadır".

İ.İmerlişvilinin sözlərinə görə, üçtərəfli sammit çərçivəsində bir daha qeyd olunub ki, mövcud münasibətlər nəinki davam etdiriləcək, hətta daha intensiv və sıx olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti