Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, İsveçin Kunqsaengen şəhərində mayın 26-dan iyunun 13-dək "Kiçik zabitlər üçün taktiki səviyyədə çoxmillətli qərargah" kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.