Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/
Hökumətin, o cümlədən Baş nazir Rəcəb Tayyib Ərdoğanın siyasəti cəmiyyətin bütün təbəqələrini əhatə etmir. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib.
Onun sözlərinə görə, Baş nazirin siyasəti ölkəni daxili münaqişəyə sürükləyir: "Hakim partiya anlamalıdır ki, daxili siyasəti dəyişməyin vaxtı çatıb".
Müxalifət lideri Baş naziri ölkədə konfessiyalararası qarşıdurmalara şərait yaratmaqda da günahlandırıb.