...

Türkiyə məhkəməsi İsrail generallarına qiyabi hökm elan edib

Siyasət Materials 27 May 2014 09:52 (UTC +04:00)
İstanbul Ağır Cinayətlər Məhkəməsi ölkədən Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na edilən hücuma görə, dörd İsrail generalına qiyabi hökm verib.
Türkiyə məhkəməsi İsrail generallarına qiyabi hökm elan edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbul Ağır Cinayətlər Məhkəməsi ölkədən Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na edilən hücuma görə, dörd İsrail generalına qiyabi hökm verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumata əsasən, qiyabi hökm oxunanlar arasında İsrailin sabiq Baş Qərargah rəisi Rau Aluf Gabiel Aşkinazi, Hərbi Dəniz Qüvvələri generalı Eliezer Alfred Marom, ölkə kəşfiyyatının rəhbəri Amos Yadlin və Hərbi Hava Qüvvələrinin komandanı Avişay Levi var.

2010-cu ildə İsrailin "Azadlıq donanması"na hücumu nəticəsində 10 nəfər Türkiyə vətəndaşı həlak olub. İsrial tərəfi bunu özünümüdafiə məqsədilə etdiyində israr etsə də, Türkiyə tərəfi gəmidə silah olmadığını və öldürülənlərin silahlı olmadığını təsdiq edib.
İnsidentdən sonra İsrail və Türkiyə arasında əlaqələr tamamilə kəsilib və hər iki ölkə öz səfirlərini geri çağırıb.

İki ölkə arasında aparılan danışıqlar nəticəsində İsrail ölənlərin ailə üzvlərinə təzminat ödəməyi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti