...

Didye Burkhalter: İsveçrə Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlıdır

Siyasət Materials 27 May 2014 17:11
İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Azərbaycan Prezidenti İham Əliyevə təbrik məktubu ünvanlayıb.
Didye Burkhalter: İsveçrə Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlıdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 may /Trend/

İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Azərbaycan Prezidenti İham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

İcazə verin, İsveçrənin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiqləyim.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ATƏT-in fəaliyyətdə olan sədri və Konfederasiyanın Prezidenti kimi 2014-cü il iyunun 2-də Azərbaycana səfərimi və Sizinlə ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək görüşümüzü səbirsizliklə gözləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti