...

28 may - Respublika Günü Tehranda qeyd olunub (FOTO)

Siyasət Materials 29 May 2014 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend/

Azərbaycanın İran İslam Respublikasındakı (İİR) səfirliyində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda İİR-in rabitə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Mahmud Vaezi, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər, Xarici İşlər Nazirliyinin rəsmiləri, Zəncan vilayətinin valisi Cəmşid Ənsari, Zəncan Ticarət Palatasının sədri İbrahim Cəlili, İran parlamentinin üzvləri, İİR-də akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Tehran ictimaiyyətinin nümayəndələri, Tehran şəhərində fəaliyyət göstərən araşdırma mərkəzlərinin təmsilçiləri, iş adamları və İranda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov 28 May - Respublika Günü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman şərqində ilk demokratik, parlamentli respublika olduğunu qeyd edib. Həmçinin o bildirib ki, cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, AXC-də ordu sistemi formalaşıb, insanların demokratik hüquq və azadlıqları bərqərar olunub və digər mütərəqqi işlərə imza atılıb. Səfir Azərbaycanın dini, mədəni, tarixi, coğrafi yaxınlığı və bağlılıqları olan İranla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb.

Daha sonra İİR-in rabitə naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri M.Vaezi çıxış edərək, dost və qardaş Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib, İİR-in Azərbaycan ilə ikitərəfli münasibətlərin intensivləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cu ilin aprelində İrana rəsmi səfərinin iki dövlətin münasibətlərində yeni bir səhifə açdığını qeyd edib və bu münasibətlərin bundan sonra daha da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Tədbirdə Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və s. haqqında film nümayiş etdirilib, gənc azərbaycanlı xanəndələr tərəfindən Azərbaycan muğamları və xalq mahnıları səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti