...

Bahar Muradova deputat həmkarının təklifinə etiraz etdi

Siyasət Materials 30 May 2014 13:11 (UTC +04:00)
Çox qəribədir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Respublika Günü ərəfəsində verdiyi əfv sərəncamı nədənsə hər dəfə hansısa beynəlxalq dairələrin təzyiqi ilə əlaqələndirilir.
Bahar Muradova deputat həmkarının təklifinə etiraz etdi

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Çox qəribədir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Respublika Günü ərəfəsində verdiyi əfv sərəncamı nədənsə hər dəfə hansısa beynəlxalq dairələrin təzyiqi ilə əlaqələndirilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

B.Muradova bildirib: "Çox qəribədir ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin, insanlara qayğı, diqqət, humanist siyasətin ardıcıl olaraq davam etməsi nədənsə hər dəfə hansısa beynəlxalq dairələrin təzyiqi ilə əlaqəndirilir. Bu qədər ciddi mahiyyəti və məzmunu olan bir addımın 3-5 adamın o siyahıda olmaması ilə əlaqədar gözdən salınması siyasəti aparılır. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxmaq olmaz və xalq bu hüququ heç kimə verməyib".

Qeyd edək ki, millət vəkili İqbal Ağazadə Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Əvəz Zeynallın və NİDA-çı gənclərin azadlığa buraxılmasını istəyib: "Ya əfv, ya da amnistiya yolu ilə məhkəmə prosesi başa çatmış bu şəxslərin azadlığa buraxılması yaxşı olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti