...

Buxarestdə "Qara dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı öz işinə başlayır

Siyasət Materials 2 İyun 2014 12:32 (UTC +04:00)
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə Harvard Universitetinin “Qara dəniz bölgəsində təhlükəsizlik” təlim proqramı öz işinə başlayır.
Buxarestdə "Qara dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı öz işinə başlayır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə Harvard Universitetinin "Qara dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı öz işinə başlayır.

15 il əvvəl Harvard Universitetinin təşəbbüsü ilə təsis edilən bu proqram bölgədə mövcud olan təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasında regional aktorların rolunun artırılması imkanlarını tədqiq və təşviq edir. Rumıniya Prezident Administrasiyasının himayəsi ilə keçirilən builki proqram "Enerji təhlükəsizliyi: problemlərin həllində innovativ qərarlar" mövzusuna həsr edilib.

Trend-in məlumatına görə, bir həftə davam edəcək proqramda 16 ölkədən 70-dək dövlət rəsmisi, diplomat, akademik dairələrin nümayəndələri, habelə Avropa İttifaqı və NATO-nun yüksəkvəzifəli rəsmiləri və ekspertləri iştirak edir. Ölkəmizi tədbirdə proqrama mühazirəçi qismində dəvət olunan BDU-nun Diplomatiya və müasir inteqrasiya kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli təmsil edir.

B.Aslanbəyli sabah "Enerji təhlükəsizliyinin regional perspektivləri" sessiyasında Qara dəniz bölgəsində enerji sahəısində mövcud əməkdaşlıq imkanlarə barədə mühazirə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti