...

İsveçrə Prezidentinin şərəfinə rəsmi nahar verilib

Siyasət Materials 2 İyun 2014 17:52 (UTC +04:00)
İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İsveçrə Prezidenti Didye Burkhalterin şərəfinə rəsmi nahar verilmişdir.
İsveçrə Prezidentinin şərəfinə rəsmi nahar verilib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İsveçrə Prezidenti Didye Burkhalterin şərəfinə rəsmi nahar verilmişdir.

Prezident İlham Əliyev İsveçrə Prezidenti Didye Burkhalteri ölkəmizdə bir daha salamladı səfər zamanı ikitərəfli münasibətlərə dair bir çox vacib məsələlərin müzakirə edildiyini dedi. İsveçrənin ATƏT-ə sədrliyinin uğurlu olacağına, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı dedi: "Bizim ikitərəfli əlaqələrimizin inkişafı məmnunluq doğurur. Qısa müddətdə aramızda fəal ünsiyyət qurulub".

Prezident İlham Əliyev ölkələrimiz arasında investisiya və biznes əlaqələrinin inkişaf etdiyini, bu sahədə birgə iqtisadi komissiyanın mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı siyasi əlaqələrimizin, birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunaraq bütün bunların münasibətlərimizin təməlini təşkil etdiyini dedi.
İsveçrə Prezidenti Didye Burkhalter şəhərimizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını vurğuladı. O, İsveçrə üçün dinamik inkişaf edən ölkələrlə münasibətlər qurmağın çox vacib olduğunu dedi.

Bildirdi ki, İsveçrə ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək mühüm istiqamətlərdən birini təşkil edir. Didye Burkhalter bu imkanı təqdim etdiyinə və etibarlı tərəfdaşlıq mühitinin yaradılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti