...

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub (FOTO)

Siyasət Materials 5 İyun 2014 16:25 (UTC +04:00)
İyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə görüşü olmuşdur.
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

İyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə görüşü olmuşdur.

Trend AzərTAc-a istinadən məlumat verir ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirildi. Azərbaycan, Türkiyə və Türkmənistan arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulandı, ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti