...

Ukrayna Rusiya qazının idxalını dayandırır

Siyasət Materials 13 İyun 2014 20:17 (UTC +04:00)
Ukraynanın Baş naziri Arseni Yasenyuk müvafiq nazirliklərə, “Naftoqaz Ukrayna” rəhbərliyinə və dövlət vilayət administrasiyalarına enerji sahəsinin fəaliyyət planına keçilməsi barədə göstəriş verib.
Ukrayna Rusiya qazının idxalını dayandırır

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Ukraynanın Baş naziri Arseni Yasenyuk müvafiq nazirliklərə, "Naftoqaz Ukrayna" rəhbərliyinə və dövlət vilayət administrasiyalarına enerji sahəsinin fəaliyyət planına keçilməsi barədə göstəriş verib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, fəaliyyət planı iyunun 16-dan Rusiyadan qaz tədarüklərinin dayandırılmasını nəzərdə tutur.

A.Yasenyuk, həmçinin "Naftoqaz Ukrayna" rəhbərliyinə və ədliyyə nazirinə Stokholm Arbitraj Məhkəməsində "Naftoqaz" və "Qazprom" arasında əlaqələri ölkənin maraqları çərçivəsində qorumaqla bağlı hazırlıq prosedurunu yekunlaşdırmağı tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti