...

Joze Manuel Barozzu: Azərbaycan siyasi dialoqda qlobal şəkildə çox konstruktiv rol oynayır

Siyasət Materials 14 İyun 2014 16:01 (UTC +04:00)
Azərbaycan siyasi dialoqda qlobal şəkildə çox konstruktiv rol oynayır. Trend-in məluatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzu jurnalistlərə deyib.
Joze Manuel Barozzu: Azərbaycan siyasi dialoqda qlobal şəkildə çox konstruktiv rol oynayır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan siyasi dialoqda qlobal şəkildə çox konstruktiv rol oynayır. Trend-in məluatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzu jurnalistlərə deyib.

Bakıya ikinci səfərinin olduğunu xatırladan J.M.Barozzu qeyd edib ki, Prezident İlham Əliyevlə çox uğurlu görüşü olub: "Vacib qərarlar qəbul etdik. Onladan biri də Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin imzalanması prosesini tezləşdirməkdir. Bu,Strateji Müasirləşdirmə Tərəfdaşlığı barədədir".

Onun sözlərinə görə, bu, Azərbaycan və Avropa İttifaqı üçün çox mühümdür.

J.M.Barozzo qeyd edib ki, Azərbaycan ilə Aİ artıq enerji sahəsində vacib əməkdaşlığı inkişaf etdirib: "Üç il əvvəl Prezident İlham Əliyevlə birgə Cənub Qaz Dəhlizi layihəsi üzrə işə başlamışıq. Bu, ancaq siyasi baxımdan deyil, həm də enerji təhlükəsizliyi baxımından çox vacib layihədir. Həm də bu gün biz şahidi oluruq ki, Azərbaycan üçün bütün Avropa proqramları açıqdır, bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Burada bütün sahələrdə, təhsil, səhiyyə sahəsində layihələr nəzərdə tutulur".

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında birgə işlənilə biləcək sahələr çoxdur: "Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındanıq, Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa İttifaqının payına düşür. Azərbaycanla əməkdaşlığımız ancaq enerji deyil, bir çox digər sahələri də əhatə edir".

Barrozu deyib ki, Azərbaycanın digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı artır.

Avropa Komissiyasının prezidenti səfərinin çox uğurlu olduğunu da vurğulayıb: "Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın günlərdə işi başa çatdıracaq və biz İlham Əliyevi Brüsseldə qarşılaya, iki tərəf üçün mühüm razılaşmanı imzalaya biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti