...

Fransa nümayəndə heyətinin üzvünə ATƏT PA-nın sessiyasında iştirak etmək üçün viza verilməyib

Siyasət Materials 29 İyun 2014 10:50 (UTC +04:00)
Azərbaycan Fransa nümayəndə heyətinin üzvlərindən birinə ATƏT PA-nın sessiyasında iştirak etmək üçün viza verməkdən imtina etməsini izah edib.
Fransa nümayəndə heyətinin üzvünə ATƏT PA-nın sessiyasında iştirak etmək üçün viza verilməyib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Fransa nümayəndə heyətinin üzvlərindən birinə ATƏT PA-nın sessiyasında iştirak etmək üçün viza verməkdən imtina etməsini izah edib.

Trend-in məlumatına görə, iclas çərçivəsində fransalı deputat Alan Neri narazıçılıq edib ki, fransız deputatlarından birinə viza verilməyib.

A.Neri bildirib ki, onun həmkarı əvvəllər informasiya missiyası çərçivəsində Dağlıq Qarabağa səfər etdiyinə görə, onun Bakıya gəlməsi üçün viza verilməyib.

Fransalı deputat bunu hüquq pozuntusu olduğunu qeyd edib.

Bunun cavabında isə Azərbaycan parlamentinin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qrabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan hökuməti Ermənistan tərəfindən işğal olunan bu ərazilərə səfər etməyi dövlət sərhədləri haqqında qanunun pozulması kimi dəyərləndirir.

B.Muradova bildirib ki, Dağlıq Qarabağa səfər etmək üçün Azərbaycan dövlətindən icazə alınmalıdır. Əks halda həmin şəxslər Azərbaycan üçün arzuolunmaz şəxslər hesab olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti