...

Ermənistanın ATƏT PA-dakı nümayəndəsi Serj Sarkisyana replika atdı

Siyasət Materials 30 İyun 2014 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında erməni nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Ermənistan Prezidenti Serj Sarkisyana replika atıb.

Trend-in məlumatına görə, komitədə müzakirə edilən qətnaməyə 38-ci düzəlişi səsləndirən erməni deputat S.Sarkisyana replika atıb: "Bizim bu təklif əvvəllər səsləndiriləndə Azərbaycan tərəfi etiraz etmirdi, amma indi nədənsə etiraz edir. Bu günlərdə Serj Sarkisyanın 60 illiyi olacaq. Biz arzu edirik ki, o, heç olmasa bu yaşda Dağlıq Qarabağ problemini həll edə bilsin. Mən Ermənistan Prezidentinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tövsiyə və arzu edirəm".

Buna münasibət bildirən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə deyib ki, Ermənistan tərəfinin fikrini əsaslandırmaq üçün Azərbaycan tərəfini ittiham etməsini qəbul edə bilmirik: "Çünki Helsinki Yekun Aktının bir və ya bir neçə prinsipini əldə rəhbər tutaraq bunun yalnız "millətlərin öz müqəddəratını təyin etməsi" tezisinə xidmət etməyə istiqamətləndirilməsini qəbul edə bilmirik. Əgər Helsinki Yekun Aktının prinsiplərinin hamısı ardıcıl olaraq qəbul olunursa, biz lehinəyik, yox əgər bunlardan ancaq biri, özü də sərhədlərin pozulmasını, suverenliyi nəzərə almadan qəbul olunursa, biz bunun əleyhinəyik".

Qeyd edək ki, erməni tərəfinin təklif etdiyi düzəlişdə Helsinki Yekun Aktında əksini tapmış "öz müqqəddəratını təyinetmə" prinsipinin sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı prinsipi ilə bərabər sayılması təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti