Baş konsul Nəsimi Ağayev: Kaliforniyada Azərbaycanın hər bir uğuru erməni lobbisi tərəfindən böyük qısqanclıqla qarşılanır (MÜSAHİBƏ)

Baş konsul Nəsimi Ağayev: Kaliforniyada Azərbaycanın hər bir uğuru erməni lobbisi tərəfindən böyük qısqanclıqla qarşılanır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Trend-ə müsahibəsi

- Məlumdur ki, Los Ancelesdəki baş konsulluğumuz Azərbaycandan ən uzaqda yerləşməklə yanaşı, dünyanın ən strateji məkanlarından birində fəaliyyət göstərir. Baş Konsulluq əsasən hansı istiqamətlərdə çalışır?

- 2005-ci ildə təsis olunmuş Baş Konsulluğumuz Kaliforniya daxil olmaqla ABŞ-ın 13 qərb ştatını əhatə edir. Kaliforniya özü 2 trilyon dollarlıq iqtisadiyyatı ilə dünyada 8-ci iqtisadi güc hesab edilir. Bu ştat ABŞ Konqresində ən böyük sayla - 53 konqresmenlə təmsil olunur. Ona görə də, Kaliforniyanın federal siyasətə böyük təsiri var. Hollivud, Silikon Vadisi kimi tanınmış mərkəzlər, eləcə də Stanford, Börkli kimi məşhur universitetlər Kaliforniyada fəaliyyət göstərir. Bundan başqa, Vaşinqton, Kolorado, Arizona və Oreqon kimi iqtisadi cəhətdən güclü ştatlar da Baş Konsulluğun səlahiyyət dairəsindədir.

Bu baxımdan, Azərbaycan Baş Konsulluğunun Kaliforniyada təsis olunması təsadüfi olmamış, Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Baş Konsulluq fəaliyyət dairəsinə daxil olan ştatlarla ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə, ştat qanunvericiləri və bu ştatlardan olan konqresmenlərlə əlaqələrin gücləndirilməsinə, Azərbaycan həqiqətlərinin geniş şəkildə yayılmasına səylər göstərir. Əminliklə demək olar ki, Baş Konsulluğun təsis olunmasından keçən müddət ərzində burada Azərbaycanın dostlarının sayı artmış, ölkəmiz haqda, xüsusilə onun bu günkü sürətli inkişafı barədə düzgün təsəvvürün yaradılması işində mühüm irəliləyişlər əldə olunmuşdur.

- Bildiyimiz kimi, Kaliforniyada böyük sayda erməni icması mövcuddur. Bu icma haqqında nə deyə bilərdiniz?

- Müxtəlif mənbələrə görə, Kaliforniyada təqribən 1 milyona yaxın erməni yaşayır. Bunun isə 500 mini Los Anceles vilayətinin payına düşür. Erməni icması burada siyasi, iqtisadi, mədəni və ictimai həyatın müxtəlif sahələrində çalışır. Hazırda Kaliforniyanın qanunverici, icraedici və məhkəmə orqanları başda olmaqla, müxtəlif dövlət strukturlarında və ictimai qurumlarında ermənilər işləyirlər. Hətta 1983-1991-ci illlərdə Kaliforniya ştatına erməni mənşəli qubernator rəhbərlik etmişdir. Bu gün Kaliforniya qanunverici orqanının iki, Los Anceles Şəhər Şurasının isə bir nəfər erməni mənşəli üzvü vardır. Bir çox digər şəhərlərin də idarəçiliyində ermənilər təmsil olunurlar.

- Kaliforniyadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəaliyyətləri barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bu gün Kaliforniya dünyada erməni lobbisinin anti-Azərbaycan fəaliyyətlərinin əsas ideoloji və maliyyə mərkəzlərindən biridir. Radikal erməni daşnak qruplar burada Azərbaycana qarşı məkrli fəaliyyətlərini davam etdirməkdədirlər. Burada Azərbaycan ilə bağlı hər bir uğur, hər bir müsbət hadisə erməni lobbisi tərəfindən böyük qısqanclıqla qarşılanır. Ən müxtəlif tədbirlərimizə erməni lobbisinin təxribatçı müdaxiləsi ilə qarşılaşırıq. Məsələn, 2012-ci ildə ABŞ-ın NASA kosmik agentliyi ilə birgə Los Ancelesdəki UCLA Universitetində Azərbaycan muğamının 1977-ci ildə kosmosa göndərilməsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirirdik. Erməni lobbisi bu dəfə də gecikmədi. Tədbirin qarşısını almağa çalışdılar. Nail ola bilməyincə, etiraz aksiyası keçirdilər. Ancaq bu aksiya da fiaskoya düçar oldu və tədbirimiz normal keçdi. Və ya bu il "Los Anceles Taymz" qəzetinin keçirdiyi tanınmış səyahət sərgisində Qarabağ pavilyonu ilə təmsil olunmamızın qarşısını almaq istədilər, ancaq bu cəhd də öz bəhrəsini vermədi. Sərgidə "Qarabağ - Azərbaycanın Zinət Tacı" şüarı ilə qurulmuş pavilyonumuz böyük maraqla qarşılandı. Digər tədbirlərimizdə də ermənilərin belə dözümsüzlüyü və təxribat cəhdləri ilə qarşılaşırıq.

Erməni lobbisinin antiazərbaycan fəaliyyətinə dair axırıncı nümunəni də qeyd etmək istərdim. Bu ilin yanvarında Kaliforniya qanunverici orqanının iki erməni əsilli üzvünün və erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı AJR 32 saylı qərəzli qətnamə layihəsi gündəliyə gətirilib. Bu sənədin qəbulu üçün erməni lobbisi dəridən-qabıqdan çıxmaqdadır. Biz bu sənədlə bağlı qanunverici orqana kəskin etirazımızı bildirdik. Bundan başqa, yerli Azərbaycan icması görülməmiş etiraz kampaniyası təşkil etdi, qanunverici orqanda keçirilən dinləmələrdə böyük sayda iştirak edərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə həqiqətləri qanunvericilərin diqqətinə çatdırdı.

Sirr deyil ki, radikal erməni təşkilatları erməni icmasından daha çox pul toplamaq və öz mövcudluqlarını davam etdirmək üçün belə təşəbbüslərlə çıxış edirlər. Daha sonra isə bunu, ermənilərin ölüm-qalım məsələsi kimi təbliğ edərək, erməni icmasının sıravi üzvlərindən böyük məbləğlərdə pullar alırlar. Bundan başqa, tez-tez Ermənistana yardım adı altında vəsait toplama kampaniyaları da keçirirlər. Bu pulların isə böyük hissəsi daha sonra Ermənistanın korrupsiya burulğanında qeyb olur. Kaliforniyadakı sadə Aşot və ya Haykanuşun isə bu vəsaitlərin hara getməsindən qətiyyən xəbəri olmur. Erməni lobbisi ilə Ermənistanın korrupsioner hökuməti arasındakı bu "əməkdaşlıq" uzun illərdir bu qaydada davam edir. Sonda uduzan səfalət içində yaşayan Ermənistan xalqı və ABŞ-dakı erməni diasporunun sıravi üzvləri olur.

Ancaq son zamanlar erməni diasporu üzvləri arasında açıq şəkildə Ermənistanın hazırkı bərbad sosial-iqtisadi durumundan, ölkədəki yüksək səviyyəli korrupsiyadan və insan haqlarının kobud şəkildə pozulmasından etiraz edənlərin də səsləri eşidilməkdədir. Düzdür, erməni lobbisi həmişəki taktikasından istifadə edərək, belələrinə "xəyanətkar" damğası vurmağa və onları susdurmağa çalışsa da, bu dəfə vəziyyətin fərqli olduğunu düşünürəm. Çünki artıq Ermənistandakı çıxılmaz durum o səviyyəyə çatıb ki, artıq bunu gizlətmək və ya ört-basdır etmək mümkün deyil.

- Bu antiazərbaycan fəaliyyətlərinə qarşı nə kimi tədbirlər görülür?

- Erməni lobbisinin bu cəhdləri müqabilində qısa müddət ərzində kifayət qədər təsirli addımlar atılmışdır. Baş Konsulluq öz fəaliyyətini Azərbaycan Prezidentinin hücum diplomatiyası tapşırığına uyğun olaraq həyata keçirməkdədir. Bu gün artıq ABŞ-ın qərb ştatlarında Azərbaycanın strateji önəmi daha yaxşı dərk edilir. Artıq erməni yalanlarının yeridiyi məkan daralır. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti barədə həqiqətlər yerli siyasətçilər tərəfindən daha yaxşı başa düşülür. Təsadüfi deyil ki, 2013-2014-cü illərdə Baş Konsulluğun məsul olduğu Arizona, Havay və Nyu Meksiko ştatlarının qanunverici orqanlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edən geniş qətnamələr qəbul edilmişdir. 2013-cü ilin ilk üç ayı ərzində Kaliforniya Qanunverici Orqanının plenar iclasında Azərbaycan bayrağı 2 dəfə qaldırılmış, ölkəmizə dair rəsmi təqdimatlar keçirilmiş, Azərbaycanın ABŞ üçün strateji önəmi dəfələrlə qeyd olunmuşdur.

Həmçinin bu müddət ərzində Kolorado Ştatı ilə çox səmərəli münasibətlər qurulmuşdur. Belə ki, cari ilin yanvar ayında Kolorado Senatının plenar iclasında Azərbaycana dair təqdimat keçirilmiş, koloradolu qanunvericilərlə yaxın təmaslar yaradılmışdır.

Hesab edirik ki, antiazərbaycan fəaliyyətlərinə qarşı mübarizənin ən güclü vasitələrindən biri də zəngin mədəni irsimizin burada təbliğidir. Bu səpkidə son 2 il ərzində Baş Konsulluq tərəfindən Los Ancelesdə, eləcə də digər Kaliforniya şəhərlərində 12 böyük mədəniyyət tədbiri keçirilmişdir. Bunların arasında 2013-cü ildə ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın Mal Alan" operettasının Los Ancelesdə, ABŞ-ın ən böyük və məşhur opera teatrlarından birində səhnəyə qoyulmasını xüsusilə qeyd etmək istərdim. Operettanın 100 illiyinə həsr olunan bu tamaşada 3 min nəfər tamaşaçı iştirak etdi və bu "Arşın Mal Alan"ın bu səviyyədə nəinki ABŞ-da, bütün Qərb dünyasında ilk nümayişi oldu. Bu həm də tarixi ədalətin bərpası idi. Belə ki, 1937-ci ildə ermənilər "Arşın Mal Alan"ı öz adlarına çıxaraq Los Ancelesdə onun filmini çəkmişdilər. Azərbaycan bu haqsızlığı aradan qaldırdı.

Bundan başqa, ötən il Azərbaycanın dəstəyi ilə Stanford Universitetində ilk dəfə olaraq "Azərbaycan Musiqisi və Mədəniyyəti" tədris kursu təsis edildi. Universitetin bir çox tələbələri kursda iştirak etdilər. Yekun imtahan olaraq onlar Universitetdə təşkil olunmuş konsertdə müxtəlif alətlərdə Azərbaycan xalq mahnılarını ifa etdilər. Mədəniyyətimizin təbliği sahəsindəki fəaliyyətlərimiz davam etdirilir.

Beləliklə, bu gün artıq burada vəziyyət lehimizə dəyişməkdə, Azərbaycanı tanıyan, ona rəğbət hissi duyan, strateji önəmini daha yaxşı dərk edən dostlarımızın sayı günbəgün artmaqdadır. Bu isə ölkəmiz əleyhinə çalışanlara ən yaxşı cavabdır. Onlar anlamalıdırlar ki, "yalan ayaq tutar, ancaq yeriməz". Həqiqət gec-tez həmişə üzə çıxır.

Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Loading Bars
Xəbər lenti
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi (FOTO)
FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib
Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Magistraturaya plan yerlərinin 85 faizi dolub
Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib (FOTO/VİDEO)
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib
Şamaxıda arvadını bıçaqlayan şəxs saxlanılıb
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO)
Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxslər üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
"Telegram"ın işində qüsurlar yaranıb
Azərbaycan bostan bitkilərinin ixracını artırır
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var
Bəhruz Quliyev: Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu
Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub
OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendən: Azərbaycanın Energetika naziri əməkdaşlığın əhəmiyyətini vurğulayır
Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb
Yevlaxda inzibati bina yanıb
Bütün xəbərlər