...

Astanada MDB Müdafiə Nazirləri Şurasının iclası öz işinə başlayıb

Siyasət Materials 5 İyul 2014 10:34 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının üzvləri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti xəbər yayıb.
Astanada MDB Müdafiə Nazirləri Şurasının iclası öz işinə başlayıb

Qazaxıstan, Astana, 5 iyul /Trend, müxbir Daniyar Muxtarov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının üzvləri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti xəbər yayıb.

MDB Müdafiə Nazirləri Şurasının iclasının işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan Müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak edirlər. Şura üzvləri iştirakçı ölkələrin Müdafiə nazirliklərinin çoxtərəfli hərbi əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Görüş zamanı minalardan təmizləmə dövründə mühəndislik qoşunlarının hərbi qulluqçularının statusu, nəzarət sisteminin inkişafı və radiasiya, kimya və bioloji vəziyyətin qiymətləndirilməsi, hərbi təyinatlı peyk əlaqəsinin sistemlərindən istifadə və Birlik ölkələrinin silahlı qüvvələrində uçuşların təhlükəsizlik məsələlərinə aid sənədlər müzakirə edilib.

Tərəflər habelə hava hücumundan müdafiə, hərbi təhsil, idmanın hərbi tətbiqi növlərinin inkişafı məsələlərini də müzakirə ediblər.

İclasın yekunu üzrə hərbi-texniki, sosial-hüquqi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gələcəkdə möhkəmləndirilməsi üzrə sənəd qəbul edilib.

Qeyd edək ki, MDB Müdafiə Nazirləri Şurası 1992-ci il fevralın 14-də MDB Dövlət Başçıları Şurasının qərarı ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti