Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Təmkin Cəfərov/
İran İslam Respublikası Sərhəd Qoşunlarına yeni komandan təyin olunub. Trend-in "Mehr" agentliyinə istinadən məlumata görə, bundan sonra bu vəzifədə general Qasim Rezayi çalışacaq.
O bu vəzifədə general-leytenant Hüseyn Zülfüqarini əvəz edəcək.
Qeyd edək ki, İran Sərhəd Qoşunlarının sabiq komandanı H.Zülfüqari ötən həftə ölkənin daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini təyin olunub.
Q.Rezayi bundan öncə də 2009-cu ilədək İran Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışıb.