...

Ərdoğan prezident seçiləcəyi təqdirdə bitərəf olmayacağına söz verdi

Siyasət Materials 8 İyul 2014 17:10 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçiləcəyi təqdirdə bitərəf olmayacağına söz verib.
Ərdoğan prezident seçiləcəyi təqdirdə bitərəf olmayacağına söz verdi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçiləcəyi təqdirdə bitərəf olmayacağına söz verib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan çıxışında belə deyib: "Türkiyə tarixində heç vaxt bitərəf prezident olmayıb. Mən prezident seçilsəm, məhz xalqın yanında olacağam".

O, prezidentin həm dövləti idarə edəcəyini, həm də baş komandan olacağını deyib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-na təyin olunub. Hər hansı namizəd birinci turda 51 faiz səs toplamasa, avqustun 24-də ikinci tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti