...

Azərbaycan və Böyük Britaniya arasında qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişafı yolları müzakirə olunub

Siyasət Materials 11 İyul 2014 14:29 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Böyük Britaniya arasında qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişafı yolları müzakirə olunub

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunaraq, xüsusilə enerji sektorunda mövcud uğurlu əməkdaşlığın kəsb etdiyi əhəmiyyət qeyd olunub.

Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyillərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və regional enerji layihələri ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti