...

Türkiyədə suriyalı qaçqınlara hücum törədilib

Siyasət Materials 15 İyul 2014 09:58 (UTC +04:00)
Naməlum şəxslər suriyalıq açqınların Türkiyənin cənubundakı Adana vilayətində yerləşən düşərgəsinə hücum ediblər.
Türkiyədə suriyalı qaçqınlara hücum törədilib

Azərbaycan, Bakı, 15 iyul /Trend. Müxbir Rufiz Hafizoğlu/

Naməlum şəxslər suriyalıq açqınların Türkiyənin cənubundakı Adana vilayətində yerləşən düşərgəsinə hücum ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Bu, artıq həmin vilayətdə Suriyadan olan qaçqınlara edilən ikinci hücumdur. Bu vilayətdə onlarla yerli sakinlər arasında gərginlik getdikcə artır.

Dünən Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində ölkədə olan suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirilib. Aksiya "Türkiyədə suriyalı qaçqınlara yox!" şüarı altında keçirilib. Aksiyada 100-dən artıq adam iştirak edib. Polis etirazçıların vilayətin ərazisində yerləşən suriyalı qaçqınların düşərgəsinə yaxınlaşmasına mane olub. Nümayişçilərin dağıdılması üçün polis su şırnaqlarından istifadə edib, iki aksiya iştirakçısı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti