...

Ukrayna Rusiyaya sanksiyalar tətbiq etmək qərarına gəlib

Siyasət Materials 23 İyul 2014 15:11 (UTC +04:00)
Rəsmi Kiyev Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üzrə komitə yaradır.
Ukrayna Rusiyaya sanksiyalar tətbiq etmək qərarına gəlib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Rəsmi Kiyev Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üzrə komitə yaradır. Trend-in "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Arseni Yasenyuk hökumətin iclasında deyib.

Onun sözlərinə görə, komitəyə Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri və hökumətin maliyyə bloku daxil olacaq.

A.Yasenyuk komitəyə 10 gün ərzində şəxslərin və sanksiyaların siyahısını təqdim etməyi tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti