...

Türkiyədə Gülən tərəfdarlarına qarşı əməliyyatlar çərçivəsində 25-dən artıq polis saxlanılıb

Siyasət Materials 5 Avqust 2014 13:48 (UTC +04:00)
Hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin tərəfdarlarına qarşı Türkiyədə aparılan əməliyyatlar çərçivəsində 25-dən artıq polis saxlanılıb.
Türkiyədə Gülən tərəfdarlarına qarşı əməliyyatlar çərçivəsində 25-dən artıq polis saxlanılıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin tərəfdarlarına qarşı Türkiyədə aparılan əməliyyatlar çərçivəsində 25-dən artıq polis saxlanılıb. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

Əməliyyatlar İstanbul şəhərində və ölkənin 14 vilayətində keçirilir.

Həmçinin bildirilir ki, hazırda Gülən tərəfdarlarına qarşı əməliyyatlar çərçivəsində yüzə yaxın adam saxlanılıb.

Bu gün Türkiyədə Fətullah Gülən hərəkatına qarşı əməliyyatlara yenidən başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti