...

Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər almaq niyyətindədir

Siyasət Materials 14 Avqust 2014 12:03 (UTC +04:00)
Türkiyə 145 ədəd idarə edilən "hava-hava" sinfinə aid AIM-120 AMRAAM orta mənzilli raket almaq niyyətindədir.
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər almaq niyyətindədir

Azərbaycan, Bakı, 14 avqust/Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə 145 ədəd idarə edilən "hava-hava" sinfinə aid AIM-120 AMRAAM orta mənzilli raket almaq niyyətindədir. Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.

Qeyd edilən raketlər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16 çoxhədəfli qırıcılarda quraşdırılacaq.

Türkiyə HHQ-nin komandanlığı, həmçinin 2018-ci ildə silahlanmaya qəbul ediləcək F-35 təyyarələrini orta mənzilli raketlərlər təchiz etməyi planlaşdırır.

AIM-120 AMRAAM raketləri hava hədəflərinin birbaşa görünməsi hüdudundan kənarda vurulması üçün nəzərdə tutulub. "Hughes Aircraft" şirkəti tərəfindən 1981-ci ildə hazırlanan bu raketlər ABŞ ordusuna 1991-ci ildən təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti