...

AŞ ABŞ-ın Ferquson şəhərində dinc nümayişçilərə qarşı güc tətbiqi və onların həbsindən narahatdır

Siyasət Materials 21 Avqust 2014 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Səbinə Əhmədova/

Avropa Şurası ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində polis tərəfindən dinc nümayişçilərə, həmçinin orada baş verən hadisələri işıqlandıran jurnalistlərə qarşı güc tətbiq olunması və onların həbs edilməsindən çox narahatdır. Trend-in Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Torbyorn Yaqlandın Ferqusondakı hadisələrlə bağlı bəyanatında deyilir.

T.Yaqland qeyd edib ki, bu, sərbəst toplaşma və ifadə azadlığı kimi insan hüquqlarını pozur: "Bu hüquqlar demokratiyanın əsasını təşkil edir. Hər hansı bir məhdudiyyət qanun çərçivəsində olmalıdır. Həm dövlət orqanları, həm də etirazçılar təmkinli və məsuliyyətli olmağa çalışmalıdır".

O bildirib ki, ABŞ Avropa Şurasında müşahidəçi dövlət olarkən, təşkilatın prinsipləri və dəyərlərinə dəstək olacağına razılıq verib.

Avropa Şurasının baş katibi Maykl Braunun ölümü ilə bağlı düzgün istintaqın aparalacağına da inandığını bildirib.

Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gənc polis tərəfindən güllələnərək öldürülüb. Onun öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxunu həbs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti