...

Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsi oktyabrda həll olunacaq

Siyasət Materials 27 Avqust 2014 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsi bu ilin oktyabrında həll olunacaq.

Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Minskdə Gömrük İttifaqı ölkələrinin dövlət başçılarının görüşünün yekunlarına həsr edilmiş brifinqdə bəyan edib.

N.Nazarbayev məlumat verib ki, oktyabrın 10-da Minskdə danışıqlar aparılmasına dair qərar qəbul olunub. Bu danışıqlar çərçivəsində Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsinin həll edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti