...

Əhməd Davudoğlu AKP-nin sədri seçildi

Siyasət Materials 27 Avqust 2014 17:53 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.
Əhməd Davudoğlu AKP-nin sədri seçildi

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib. Bu barədə Trend-ə AKP-nin qurultayında iştirak edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Ə.Davudoğlu AKP sədrliyinə alternativsiz namizəd olub: "Qurultay nümayəndələri yekdilliklə onun namizədliyi dəstəklədi".

Qeyd edək ki, Türkiyənin yeni Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün AKP sədrliyindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti