...

Almaniyanın sabiq naziri: Azərbaycan siyasi və iqtisadi cəhətdən çox sabit ölkədir

Siyasət Materials 4 Sentyabr 2014 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan siyasi və iqtisadi cəhətdən çox sabit ölkədir. Bunu Trend-ə açıqlamasında Bundestaqın üzvü, Almaniyanın sabiq iqtisadiyyat naziri Maykl Qlos bildirib.

Onun sözlərinə görə, Azərbaycan sabit inkişaf yolunu seçmiş ölkədir: "Biz bunu çox böyük maraqla qarşılayırıq".

Sabiq iqtisadiyyat nazirinin sözlərinə görə, enerji ehtiyatlarının ötürülməsi üçün infrastruktur layihələrin həyata keçirilməsi Qərbi Avropanın marağındadır: "Bu layihələr Qərbi Avropanın enerji və enerji təchizatının təminatına xidmət edən layihələrdir. Bu layihələrin icrası ilə Azərbaycan uzunmüddətli olaraq Qərb üçün əlavə tərəfdaşdır".

Qeyd edək ki, 2019-cu ildən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. Bu qaz Azərbaycandakı "Şahdəniz" qaz-kondensat yatağından hasil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti