Əli Həsənov: Yeni çağırışlarla üz-üzə qalan dünyada yaşadığımız üçün, gəncliyimiz həmin təmayüllərə cavab verməyə qadir olmalıdır

Əli Həsənov: Yeni çağırışlarla üz-üzə qalan dünyada yaşadığımız üçün, gəncliyimiz həmin təmayüllərə cavab verməyə qadir olmalıdır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır". Trend-in məlumatına görə, bunu Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi: "Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı.

Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi.

O, bütün fəaliyyəti dövründə gənclərimizin hərtərəfli inkişafına, o cümlədən yaxşı təhsil almalarına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz gəncliyin yüksək təhsil almasında və maariflənməsindədir.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən də gənclərlə işə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdur. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək, 1000 nəfərə çatmışdır. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatmışdır.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. Bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı".

PA rəsmisinin sözlərinə görə, 2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verdi.

Ölkə başçısı Azərbaycan gənclərinin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq etdi. Proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır".

Ə.Həsənovun sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır: "Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər".

PA rəsmisi deyib ki, bu gün gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. 300-dən artıq dövlət qeydiyyatına alınmış gənclər təşkilatımız mövcuddur:

"Bu gün həmin təşkilatlardan birinin - ASAİF-in növbəti forumudur. Xarici ölkələrdə təhsil alan gənclərimizin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması bizim üçün önəmli məsələlərdəndir. Bu baxımdan ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır. ASAİF ölkəmizin hüdudlarından kənarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsini və fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılmışdır.

Söhbət xaricdəki gənclərin şəbəkələşməsindən və təşkilatlanmasından getdikdə, ilk növbədə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi və rəhbəri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatını (AMOR) nümunə göstərmək olar. O, Rusiya Federasiyasının bütün subyektlərində və ali təhsil müəssisələrində vahid bir şəbəkə yaradaraq səmərəli fəaliyyət mexanizmini qurmağa nail olmuşdur. AMOR çoxşaxəli fəaliyyəti ilə gənclərimizi milli maraqların qorunması ətrafında sıx birləşdirir, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır".

Ə.Həsənov fürsətdən istifadə edib, xaricdə təhsil alan və məzun olmuş gənclərimizə bir neçə tövsiyəsini çatdırıb. Onun sözlərinə görə, cənab Prezidentin Beyləqan Gənclər Mərkəzinin açılışındakı çıxışında qeyd etdiyi kimi, qabaqcıl ölkələrin inkişaf tarixçəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır: "Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər".

Eyni zamanda, gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, Azərbaycan mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar.

Bundan əlavə xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən koordinasiya edilməlidir. Sözügedən qrupların əsas işi diaspor və lobbiçilik olmalıdır.

Ə.Həsənov, həmçinin hesab edir ki, bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır: "Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar".

Bundan əlavə Ə.Həsənov tövsiyə edib ki, gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dayansa da, xalqımızın mədəni-tarixi irsinin zəngiliyinin də əcnəbilər tərəfindən tanınmasına xüsusi diqqət yetirilməlidir. Xarici auditoriya ölkəmizi yalnız münaqişə yaşayan ölkə kimi yadda saxlamamalı, onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini və s. tanımalıdır.

Digər tərəfdən xaricdə təhsil alan Azərbaycan gənclərinin təhsil aldığı ölkələrdə ictimai rəyə təsir imkanlarının artırılması, olduqları ölkələrin siyasi xadimləri, liderləri, elm-fikir adamları ilə görüşlərinin təşkil edilməsi vacibdir. Bu, Azərbaycanın müsbət imicinin formalaşdırılmasına ciddi təsir edə bilər.

Eyni zamanda, xaricdə təhsil alan gənclərimiz olduqları ölkələrin yerli mediasına çıxış əldə etməli, Azərbaycanın müsbət imicinə təsir edən məqamları işıqlandırmalı və ölkəmizi tanıtmalıdırlar.

PA rəsmisi qeyd edib ki, yeni çağırışlarla və reallıqlarla üz-üzə qalan dünyada yaşadığımız üçün, gəncliyimiz həmin təmayüllərə cavab verməyə, ona müvafiq reaksiya göstərməyə qadir olmalıdır: "Gənclərimiz bu prosesdə digər yaş qruplarına nümunə olmalıdır. Bu mənada xaricdə təhsil alan və məzun olmuş gənclərimin üzərinə böyük məsuliyyət düşür. ASAİF də bu mənada müəyyən qədər dəyişməli, öz fəaliyyətini daha çevik və praktik müstəviyə keçirməlidir. Bu günədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspor işlərinə daha çox diqqət ayırmalıdır".

Ombudsman  Ermənistan ordusunun  hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Loading Bars
Xəbər lenti
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Bütün xəbərlər