...

Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Sentyabr 2014 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend çərşənbə axşamı TRT-yə istinadən məlumat verir.

Ə.Davudoğlu Bakıya səfər etməzdən öncə sentyabrın 16-da Şimali Kipr Türk Cümhuriyyətində olacaq.

Türkiyə Baş nazirinin "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi çərçivəsində sentyabrın 20-də Azərbaycanda keçiriləcək Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsinin başlaması mərasimində iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti