...

Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 13 Sentyabr 2014 16:03 (UTC +04:00)
Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə Ukrayna Dövlət Konserni "Ukroboronprom"un Aparat rəhbəri Denis Radov deyib.

D.Radov bildirib ki, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə Ukrayna və Azərbaycan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın ümumi məsələləri müzakirə olunub.

O, dövlətlər arasında əldə olunmuş razılıq barədə məlumat verməyib.

O, həmçinin qeyd edib ki, "Ukroboronprom" Rusiyaya məhsul tədarük etməyi və ya Rusiyada hərbi təyinatlı məhsul istehsalı üzrə birgə müəssisə açmağı planlaşdırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti