Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin demokratik konstitusiyaya ehtiyacı var. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, mövcud konstitusiyanın 100-dən çox bəndinə dəyişiklik edilməsinə rəğmən, ölkə hökuməti onu daha demokratik edə bilməyib.
B. Bozdağ qeyd edib ki, müasir Türkiyənin yeni konstitusiyaya ehtiyacı var.