...

"The Hill" qəzeti: Vaşinqtonun Azərbaycan kimi müttəfiqlərlə əməkdaşlıq etmək istəməməsi təəccüb doğurur

Siyasət Materials 19 Sentyabr 2014 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Vaşinqtonun faktiki müttəfiqləri - onlardan biri Avrasiyanın kövrək geosiyasi tarazlığında əsas oyunçu olan Azərbaycandır - əməkdaşlıq etmək istəməməsi təəccüb doğurur. Trend xəbər verir ki, bu barədə TSG şirkətinin siyasi məsləhət üzrə direktoru Cozef Katsın "The Hill" qəzetinin saytında dərc olunmuş məqaləsində deyilir.

C.Kats yazır: "Hazırkı vəziyyətdə bu güclü müstəqil dövlətin tərəfdaş seçimi regionun gələcəyini müəyyən edə bilər. İran və Rusiya tərəfindən sıxışdırılan Azərbaycan Gürcüstanın iqtisadi cəhətdən asılı olduğu ölkə, Mərkəzi Asiyanın zəngin enerji resursları üçün Qərbə enerji tranzitinin əsas marşrutu və hamı üçün imperativ siyasi tərəfdaşdır".

Müəllif yazır ki, görünür, "ərəb baharı"nın acı dərsindən nəticə çıxarmayan Vaşinqton Azərbaycanı tənqid etməyə çox can atır.

C.Katsın fikrincə, Azərbaycanı başqa ölkələrdən daha çox danlayırlar və bu daha çox Ermənistan dövlətinin fövqəladə iflasını yox, Azərbaycanın çatışmazlıqlarını daha çox qabartmağa çalışan erməni fəalların səyləri üzündən baş verir: "Anlamaq çətindir ki, Rusiyanın vassal dövlətinə və İranın yaxın müttəfiqinə çevrildiyi aydın olandan sonra Ermənistanı necə müstəqil dövlət adlandırmaq olar".

Müəllifin sözlərinə görə, lakin neqativlər reytinq qazanır.

O yazır ki, Azərbaycana hücumlara, daimi və sərt tənqidlərin reytinqinə görə ABŞ-ın vergi ödəyicilərinin maliyyələşdirdiyi "Azad Avropa" (RFERL) radiosu çempiondur: "Aydındır ki, jurnalistlər gündəmdən geri qalmamağa çalışırlar. Aydın olmayan isə odur ki, nə üçün ABŞ maraqlarının tam ziddinə olanlar məhz amerikalı vergi ödəyicilərinin hesabına baş verməlidir".

C.Katsın fikrincə, RFERL məqsədyönlü olaraq ABŞ-ın başqa ölkələrlə münasibətlərini pozur: "İddia etmək olar ki, müstəqil KİV demokratiyanın dayaqlarından biridir. Əlbəttə, kütləvi informasiya vasitələrinin azadlığı bütün Avrasiyada problem olaraq qalır. Amma paradoks ondadır ki, RFERL müstəqil deyil".

Müəllif yazır ki, ABŞ-ın nüfuzuna ziyan vuran qeyri-uzaqgörənlik vərdişini sındırmağın və ABŞ-ı dünyada yeganə fövqəldövlət edən məqamlara - strateji və məsuliyyətli qlobal liderliyə qayıtmağın vaxtıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti