...

Türkiyə suriyalı qaçqınları qəbul etməyə hazırdır

Siyasət Materials 22 Sentyabr 2014 15:59 (UTC +04:00)
Türkiyə Suriyadan olan qaçqınları qəbul etməyə hazırdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Fövqəladə halların qarşısının alınması və nəticələrinin ləğv edilməsi İdarəsinin (AFAD) rəhbəri Fuad Oktay deyib.
Türkiyə suriyalı qaçqınları qəbul etməyə hazırdır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Suriyadan olan qaçqınları qəbul etməyə hazırdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Fövqəladə halların qarşısının alınması və nəticələrinin ləğv edilməsi İdarəsinin (AFAD) rəhbəri Fuad Oktay deyib.

Onun sözlərinə görə, bir neçə gün ərzində 100 mindən çox suriyalı qaçqın "İslam Dövləti" terror təşkilatının təhdidləri səbəbindən Türkiyəyə keçib.

Qeyd edək ki, Türkiyə sentyabrın 19-da terrorçulardan xilas olmağa çalışan suriyalı qaçqınlar üçün sərhədlərini açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti