Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin islahatlara ehtiyacı var. Trend-in bazar ertəsi "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş nazirinin müavini Əli Babacan İstanbulda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə əsasən, iqtisadi islahatlar Türkiyə üçün prioritet təşkil edir.
Ə.Babacan qeyd edib ki, Türkiyə son 12 il ərzində bir çox islahatlar həyata keçirib: "İslahatların aparılması zamanı Türkiyə üçün əsas meyarlar Avropa İttifaqı standartlarıdır".