...

Putin: "Xəzər beşliyi"nin əməkdaşlığının artması regional sabitliyin möhkəmlənməsinə yardım edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Sentyabr 2014 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Xəzəryanı ölkələrin dövlət başçılarının gələcəkdə regionda iqtisadi əməkdaşlığın və təhlükəsizliyin artmasına yardım edəcək qarşılıqlı razılaşmaların əldə olunmasına marağı var. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində məhdud tərkibdə görüşdə deyib.

O, qeyd edib ki, görüşün yekunları üzrə siyasi bəyanatın qəbul edilməsi planlaşdırılır və bu bəyanat gələcək baza sənədinin - Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın təməl daşı olmalıdır: "Əminik ki, gələcəkdə beş dövlətin əməkdaşlığının inkişafı regional sabitliyin möhkəmləndirilməsinə, terrorizm, ekstremizm, narkotiklərin dövriyyəsi və digər çağırış və təhdidlərlə mübarizədə effektivliyin artırılmasına imkan yaradacaq, həmçinin dövlətlərimizin iqtisadi inkişafına əlavə dinamika verəcək, dünya bazarlarında onların rəqabətə davamlılığını yüksəldəcək".

RF Prezidenti Zirvə toplantısının gündəliyinin çox dolğun olduğuna və təkcə Xəzərin hüquqi rejimi, təhlükəsizlik və iqtisadiyyat məsələlərinə aid olmadığına diqqət çəkib.

V.Putin əlavə edib ki, görüş iştirakçıları nəqliyyat, Xəzər dənizinin ekoloji sisteminin mühafizəsi sahəsində əməkdaşlığın inkişafını da müzakirə etmək niyyətindədirlər. Aktual beynəlxalq problemlər barədə də fikir mübadiləsi aparılacaq: "Ən əsası odur ki, hamımızda "Xəzər beşliyi"nin daha sıx korporasiyasına yardım edəcək qarşılıqlı faydalı razılaşmalar əldə etməyə qəti niyyət və maraq var".

Dövlət başçısı əmin olduğunu bildirib ki, "beşliy"in Həştərxanda işi faydalı olacaq.

Ekspertlərin cari görüşünə hazırlığı səciyyələndirən Rusiya lideri böyük iş görüldüyünü qeyd edib və bildirib ki, bu gün qarşıda onun nəticələrini, "yaxın və daha uzaq perspektivlərin prioritetlərini müzakirə etmək dayanır".

Prezident öz çıxışında "sülh və mehriban qonşuluq vahəsi" olan Xəzər regionunun əhəmiyyətini qeyd edib: "Bu sabitliyin əsasında Xəzəryanı dövlətlərin Xəzər dənizi ilə bağlı olan hər şeyə - təhlükəsizlik, iqtisadiyyat, yaxud ətraf mühitin mühafizəsi məsələləri - diqqətli və ölçülüb-biçilmiş münasibəti durur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti