...

Azərbaycanın xarici ölkələrdəki konsullarının səlahiyyətləri məhdudlaşdırılır

Siyasət Materials 10 Oktyabr 2014 16:51 (UTC +04:00)
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırla bilər.
Azərbaycanın xarici ölkələrdəki konsullarının səlahiyyətləri məhdudlaşdırılır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırla bilər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə dəyişikliklər təklif edilir.

Nizamnamənin 39-cu maddəsinə edilən dəyişikliyə görə, konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.

Layihə Milli Məclisin oktyabrın 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti