...

Prezident İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar (FOTO)

Siyasət Materials 15 Oktyabr 2014 18:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva oktyabrın 15-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva oktyabrın 15-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısı nəticəsində digər sahələrdə olduğu kimi, son illər bu sahədə də sürətli inkişafa nail olunub. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidir.

İlk Avropa Oyunlarına hazırlıq işlərini dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı daim diqqət mərkəzində saxlayırlar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər.

Dövlətimizin başçısı və xanımı Bakı Olimpiya Stadionunda ayrı-ayrı inşaat sahələrini gəzdilər, görülən işlərlə yerindəcə tanış oldular. Prezident İlham Əliyevə ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verildi.

Tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti