...

Abdulla Öcalan başqa həbsxanaya köçürüləcək

Siyasət Materials 16 Oktyabr 2014 13:12 (UTC +04:00)
Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının lideri Abdulla Öcalan başqa həbsxanaya köçürüləcək.
Abdulla Öcalan başqa həbsxanaya köçürüləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının lideri Abdulla Öcalan başqa həbsxanaya köçürüləcək. Trend xəbər verir ki, bu barədə cümə axşamı "Kanal7" telekanalı məlumat yayıb.

Öcalan Mərmərə dənizindəki İmralı adasından ölkənin şimal-qərbində yerləşən Bursa vilayətindəki həbsxanaya köçürüləcək.

Öcalanın köçürülməsi Türkiyədə kürd probleminin demokratik həlli üzrə tədbirlər çərçivəsində həyata keçirilir. Bir müddət əvvəl ölkənin kürdyönümlü partiyaları PKK liderinin başqa məhbəsə köçürülməsini tələb ediblər.

Kanal bu mövzu ilə bağlı başqa detalları açıqlamayıb.

Xatırladaq ki, PKK lideri Abdulla Öcalan 1999-cu il fevralın 15-də Keniyada həbs edilərək Mərmərə dənizindəki İmralı adasındakı həbsxanaya yerləşdirilib. Öcalan əvvəlcə ölüm cəzasına məhkum edilmişdi. Daha sonra bu cəza ömürlük həbs cəzası ilə əvəz edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti