...

Türkiyə nümayəndə heyəti Azərbaycanın sahil bazası və sərhəd gözətçi gəmiləri ilə tanış olacaqlar (FOTO)

Siyasət Materials 16 Oktyabr 2014 18:25 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) dəvəti ilə Türkiyə Sahil Güvənliyinin komandanı vitse-admiral Hakan Üstemin rəh­bər­­lik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Türkiyə nümayəndə heyəti Azərbaycanın sahil bazası və sərhəd gözətçi gəmiləri ilə tanış olacaqlar (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) dəvəti ilə Türkiyə Sahil Güvənliyinin komandanı vitse-admiral Hakan Üstemin rəh­bər­­lik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Trend Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən məlumat verir ki, DSX Aparatında Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçiril­ib. Görüşdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər, Azər­baycan Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsi ilə Türkiyə Sahil Güvənliyi arasında ikitərəfli müna­sibət­lə­rin vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi apa­rılıb, sərhəd təhlü­kə­­sizliyi sahəsində qarşı­lıq­lı fay­da­lı əm­ək­­­­daş­­lığın davam etdi­ril­mə­sinin vacibliyi qeyd edilib.

Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin DSX Sahil Mühafizəsinin sahil bazası, sərhəd gözətçi gəmiləri, digər qüvvə və vasitələri ilə tanış olma­sı nəzərdə tutulub.

Səfər müddətində nümayəndə heyəti Bakı­ şəhərinin mədə­ni-tarixi yerləri ilə tanış edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti