...

Co Baydenin oğlu narkotiklərdən istifadəyə görə Hərbi Dəniz Qüvvələrində ehtiyatdan çıxarılıb

Siyasət Materials 17 Oktyabr 2014 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

ABŞ-ın vitse-prezidenti Co Baydenin oğlu Hanter Bayden narkotiklərdən istifadəyə görə ABŞ HDQ-də ehtiyatdan çıxarılıb. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Wall Street Journal" qəzetinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, 2013-cü ilin yayında HDQ-nin mətbuat xidmətində işləməyi planlaşdıran vitse-prezidentin oğlu narkotiklərdən istifadəyə görə testdən keçib. Testin nəticələri onun kokaindən istifadə etdiyini göstərib.

Vitse-prezidentin və HDQ-nin mətbuat xidmətləri hələlik qəzetin bu məlumatını şərh etməyiblər.

Qəzet Hanter Baydenin öz bəyanatından sitat gətirir: "ABŞ HDQ-də xidmət mənim üçün böyük şərəf idi. Hərəkətlərimin çıxarılmama səbəb olmasına görə dərindən təəssüflənirəm".

Eyni zamanda, Bayden HDQ-nin qərarına hörmət etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti