...

MDB gəncləri bir arada

Siyasət Materials 23 Oktyabr 2014 11:55 (UTC +04:00)
Birlik ölkələrinin parlamentlərarası birinci gənclər forumu oktyabrın 23-25-də Sankt-Peterburqda keçiriləcək.
MDB gəncləri bir arada

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Birlik ölkələrinin parlamentlərarası birinci gənclər forumu oktyabrın 23-25-də Sankt-Peterburqda keçiriləcək. Trend xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Bu tədbir MDB-nin Gənclər PA-nın təşəbbüsü ilə MDB Parlamentlərarası Assambleya Şurası tərəfindən təsis edilib. Forumda məqsəd parlamentarizm sahəsində gənclərin beynəlxalq əməkdaşlığının inkişafı, gənclərin siyasi və vətəndaş fəallığını aktivləşdirməkdir.

Forumda tərkibinə hakimiyyətin müxtəlif səviyyələrinin, parlament üzvlərinin, gənclər siyasəti idarəetmə orqanlarının, gənclər hərəkatlarının və ictimai təşkilatların nümayəndələri, dövlət hakimiyyəti orqanları yanında yaradılmış gənclər məsləhətçi-nümayəndə strukturlarının və MDB ölkələrinin gənc elm, təhsil və mədəniyyət xadimlərinin daxil olduqları gənclər nümayəndə heyətləri iştirak edəcək.

Forumun proqramına aktual gənclər mövzusu üzrə plenar iclaslar, "dəyirmi masa"lar və seminarlar daxil edilib.

Forumun təşkilatçıları MDB Parlamentlərarası Assambleyası və Gənclər PA-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti