...

Azərbaycanda yaşayan Ukrayna vətəndaşları seçkilərdə Qarşılıqlı Yardım Partiyasına səs veriblər

Siyasət Materials 27 Oktyabr 2014 12:41 (UTC +04:00)
Ukrayna parlamentinə növbədənkənar seçkilərin nəticələrinə görə, Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşlarının əksəriyyəti Qarşılıqlı Yardım Partiyasına səs veriblər.
Azərbaycanda yaşayan Ukrayna vətəndaşları seçkilərdə Qarşılıqlı Yardım Partiyasına səs veriblər

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Ukrayna parlamentinə növbədənkənar seçkilərin nəticələrinə görə, Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşlarının əksəriyyəti Qarşılıqlı Yardım Partiyasına səs veriblər. Bu barədə bazar ertəsi Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyi yanında yaradılan Seçki Komissiyasından bildiriblər.

68 seçicidən 17-si Qarşılıqlı Yardım Partiyasına səs verib. İkinci yeri "Petro Poroşenkonun bloku" (15 səs) tutur.

Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) saat 10:00-a olan məlumatına görə, Ali Radaya növbədənkənar seçkilərdə bülletenlərin 28,95 faizinin hesablanmasından sonra Baş nazir Arseniy Yatsenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası səslərin 21,67 faizini toplayıb. "Petro Poroşenkonun bloku" 21,60 faiz, Lvov meri Andrey Sadovının rəhbərlik etdiyi Qarşılıqlı Yardım Partiyası 10,75 faiz, Yuri Boykonun "Müxalif blok"u 9,62 faiz, Oleq Lyaşkonun Radikal Partiyası 7,53 faiz, Yuliya Timoşenkonun Batkivşina Partiyası isə 5,82 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti