...

Belarus səfiri: Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması Azərbaycanın maraqlarına toxunmayacaq

Siyasət Materials 17 Dekabr 2014 13:24 (UTC +04:00)
Ermənistanın Avrasiya iqtisadi İttifaqına qoşulması Azərbaycanın maraqlarına toxunmayacaq.
Belarus səfiri: Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması Azərbaycanın maraqlarına toxunmayacaq

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Səba Ağayeva/

Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması heç bir şəkildə Azərbaycanın maraqlarına toxunmayacaq. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç deyib.

Diplomat qeyd edib: "Ermənistanın bu ittifaqda iştirakı beynəlxalq hüquqa uyğun həyata keçirilməlidir. Bu, heç vaxt Azərbaycanın maraqlarını məhdudlaşdırmamalıdır".

Səfir, həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının fəaliyyəti haqqında müqavilə qüvvəyə minir ki, bu da tərəfdaşlar qarşısında böyük imkanlar açır.

Paskeviç bildirib: "Tərəfdaşlarımız, eləcə də Azərbaycan üçün bu ittifaq böyük perspektivlər açır. Belarus, Qazaxıstan, Rusiya - bu, 170 milyon istehlakçı deməkdir. Bu, bazarı dəfələrlə böyüdür, tərəfdaşlar qarşısında böyük imkanlar açır. Biz bu ittifaqın gələcəyinə nikbinliklə baxırıq".

O, yaxın gələcəkdə ittifaqın iştirakçılarının sayının artacağına ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti