Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktub ünvanlayıb.
Təbrikdə deyilir: "Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".