...

Serbiyanın Baş naziri Azərbaycana gələcək

Siyasət Materials 13 Yanvar 2015 09:05 (UTC +04:00)
Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Serbiyanın Baş naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Danışıqlar Serbiyanın Baş naziri Aleksandr Vuçiçin ilkin olaraq mart ayına nəzərdə tutulmuş səfəri çərçivəsində keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.

Səfərə hazırlıq məsələləri Serbiya hökumətinin başçısı ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovla bu günlərdə baş tutmuş görüşdə müzakirə olunub.

Tərəflər Azərbaycan şirkətlərinin Serbiyada yeni infrastruktur layihələrin reallaşdırılmasında iştirakının vacibliyini qeyd oediblər. Eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq ifadə olunub.

Serbiyanın Baş naziri bu ölkədə çalışan Azərbaycan şirkətlərinin fəaliyyətindən məmnunluğini bildirib.

Baş nazirin səfəri çərçivəsində Azərbaycan-Serbiya biznes forumunun keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti