...

Azərbaycanın deputatları və ictimai-siyasi xadimləri ABŞ-ın siyasətini pislədilər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Yanvar 2015 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"ABŞ-da polisə qeyri-adekvat güc tətbiq edilməsi var. Sosial problemlər özünü göstərdiyi təqdirdə bu, aydın görünür". Trend-in məlumatına görə, bu barədə Milli Məclisin üzvü Zahid Oruc Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda keçirilən dinləmələrdə "ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi" mövzusunda çıxışı zamanı deyib.

Millət vəkili illər öncə ABŞ-ın siyasi və sosial həyatında baş verən önəmli prosesləri diqqətə çatdırıb: "ABŞ-da ağ və qaraların problemi var. Təbii ki, problemlər yaranır. Faktiki olaraq, Barak Obamanın rəngi irqi ayrı-seçkiliyi aradan qaldırmayıb və bu gün də davam edir".

Z.Oruc islamofobiyadan da danışıb: "11 sentyabr hadisələrindən sonra onlar müəyyən fonda müsəlmanları günahlandırmağa çalışırlar. Hesab edirəm ki, ABŞ-da müstəsnalıq yoxur".

Millət vəkili deyib ki, heç bir şey Azərbaycanda olan insan haqlarını tənqid etməyə imkan vermir: "Hər hansı problemləri ölkənin əleyhinə yönəltmək olmaz".

Milli Məclisin üzvü Musa Qasımlı çıxışında qeyd edib ki, soyuq müharibə dövründə dünya ölkələri və xalqları ABŞ-a hörmət edirdilər, inanırdılar, rəğbət bəsləyirdilər, indi isə bunları etmirlər. Buna səbəb ABŞ-ın ikili standartlarıdır.

M.Qasımlı qeyd edib ki, bu ikili standartlar ABŞ-ın Azərbaycana qarşı etdiklərində, o cümlədən Ermənistan-Azərbaycan məsələsində mövqeyində aydın görünür.

Onun sözlərinə görə, ABŞ Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən oranı bombardman edir: "Bunu soruşmaq lazımdır ki, qətnamənin əleyhinə səs verən bir ölkənin oranı dağıtmasına nə cür ad verək? Terroru himayə edən Ermənsitana rəğbətin səbəbi nədir?"

M.Qasımlı bildirib ki, ABŞ Krımda öz məhsullarının satılmasını qadağan edir: "Hər il isə separatçı ölkəyə maliyyə ayrılır. Bu nədir bəs? "Erməni soyqrımını" tanıyır, amma Xocalı faciəsini qəbul etmir. O acıdır, bu yox? Azırbaycanın işğal olunmuş bölgəsində valideyninin məzarını ziyaət edən şəxsləri girov götürürlər və buna münasibət bildirilmir. Bu, ikili standartdır. Bu riyakarlıqdır. ABŞ nə qədər bunu davam etdirəcəksə, o qədər dünya xalqlarının gözündə düşmüş vəziyyətdə olacaq".

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov isə çıxışında deyib ki, ABŞ-da korrupsiya əslində leqal korrupsiyadır.

Politoloq bildirib ki, 2014-cü il noyabrın 4-də Vaşinqton Universitetinin rektoru çıxışında da bunu təsdiqləmişdi: "Hələ 2010-cu ildə ABŞ Ali Məhkəməsi bildirmişdi ki, deputatlığa namizəd olanlar üçün böyük pullar xərclənilib. Belə çıxır ki, onlar böyük maliyyələri hesabına deputat olublar".

O, deyib ki, ABŞ Prezidenti Barak Obama prezident seçildikdən sonra onun senator yeri boş qaldı: "Onun yerində senator olmaq üçün külli miqdarda pul lazımdır. Bundan başqa səfir vəzifəsinə getmək üçün 550-750 min dollar lazım imiş. Yəni, burada vəzifələr böyük vəsait hesabına alınır".

Daha sonra "ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar, hərbi müdaxilə və onların fəsadları" mövzusunda çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ-ın dünyada ən böyük fövqəlgücə malik ölkəyə çevrildiyini qeyd edib.

Onun sözlərinə görə, bundan sonra ölkədə başgicəllənmə baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü: "Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular. ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) 1983-cü ildə Birləşmiş Ştatların dünyada yumşaq güc siyasətini həyata keçirmək üçün yaradılıb. Yerli ekspertlər bunu xüsusilə qeyd ediblər".

F.Məmmədov vurğulayıb ki, ekspertlərin dediyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə həyata keçirdiyi siyasəti NED yürüdür.

Onun sözlərinə görə, bu proseslərdə birbaşa iştirak etməmək üçün ABŞ özəl podratçılarla müqavilə imzalayırdı: "ABŞ 45 ölkəyə hərbi yolla dәstәk adı ilә müdaxilә edib. BMT-nin qaçqınlar üzrә Ali Komissarlığının hesabatına әsasәn, 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxilәsi nәticəsindә formalaşıb".

F.Mәmmәdov əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişәsinin hәllinә ikili yanaşma sәrgilәyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndәrib, ATӘT-in Minsk qrupuna tәcrübәsiz diplomatlar göndәrib, 907-ci düzәlişi lәğv etmәyib.

Daha sonra çıxış edən millət vəkili Fəzail Ağamalı ABŞ-ın Azərbaycana qarşı bu cür qərəzli bəyanatlarının ölkəyə təzyiq etmək məqsədi güdür: "ABŞ bu yolla çalışır ki, Azərbaycanın müstəqil siyasətinə təsir göstərsin və özündən asılı vəziyyətə salsın".

Millət vəkili qeyd edib ki, Azərbaycan insan haqları, demokratiya yolunda mühüm işlər görür: "Azərbaycan dövləti tərəfindən QHT-lərə, mətbuat qurumlarına xüsusi diqqət yetirilir, onların fəaliyyəti üçün lazımi şərait yaradılır. Əgər Leyla Yunus kimiləri xarici kəşfiyyat orqanlarına işləyirsə, Azərbaycan hökuməti buna susmalıdır?"

Çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycana qarşı törədilən cinayətləri xatırladıb və dünyanın bununla bağlı ikili standartlar yürütdüyünü diqqətə çatdırıb: "Yanvar, fevral Azərbaycan xalqı üçün çox ağır aylardır - 20 Yanvar faciəsi, Xocalı faciəsi. İndiyə qədər Qarabağda, Bakıda bizə qarşı cinayət törədənlər hələ də öz cəzalarını almayıblar. Dünyada haqq, ədalət yoxdur. Güc, imkanlar haqqı, ədaləti, qanunun aliliyini unutmağa vadar edir".

A.Mollazadə qeyd edib ki, dünyada heç yerdə mükəmməl demokratiya yoxdur: "Fransadakı Azərbaycan evinin rəhbəri Mirvari xanım Fransa Senatında ermənilər tərəfindən döyüldü və indiyə qədər onun hüquqlarını müdafiə etmək mümkün olmayıb".

Millət vəkili əlavə edib ki, konkret olaraq 907-ci düzəlişin müəlliflərinin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın siyasətində dəyişikliklər baş verib və təkcə ABŞ-da deyil, düyanın başaq ölkələrində də Azərbaycana qarşı çirkli kampaniya gedir: "Biz bir araya gələrək özümüzü bu çirkin kampaniyadan müdafiə etməliyik və bu dinləmələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir".

Millət vəkili Aydın Mirzəzadə də ABŞ-ın Azərbaycana qarşı ikili standartlar yürütdüyünü diqqətə çatdıraraq Birləşmiş Ştatların Dağlıq Qarabağdakı qondarma rejimə vəsait ayırdığını vurğulayıb. Qeyd edib ki, ABŞ bunu müxtəlif səbəblərlə izah edir: "O halda niyə Abxaziya və Cənubi Osetiyaya belə vəsait ayırmır? Nə üçün Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri Ermənistan pasportu ilə ABŞ-a səfər edə bilir? Azərbaycan və Ermənistanı öz aralarında məsələni həll etməyə çağırırlar. O halda niyə 1990-cı ildə İraq Küveyti işğal edən zaman belə çağırış etmədilər, hərbi müdaxiləyə qərar verdilər? Niyə İraq və Suriyada İraq Şam İslam Dövləti qruplaşmasına çağırışlar etmirlər, hərbi zərbələr endirirlər? Azərbaycanı itirməklə ABŞ nə qazanacaq? Bunu düşünməlidirlər".

Çıxış edən digər iştirakçılar da ABŞ-ın Azərbaycana qarşı yürütdüyü siyasəti tənqid edib və ABŞ-ı strateji əməkdaşlıq öhdəliklərinə əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti