...

İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 22 Yanvar 2015 14:58 (UTC +04:00)
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri Kommer Damen ilə görüşüb.
İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Niderlandın "Damen Shipyards Group" şirkətinin sədri Kommer Damen ilə görüşüb.

Görüşdə "Damen Shipyards Group" şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında artıq səmərəli əməkdaşlığın başlandığı vurğulandı.

Kommer Damen rəhbəri olduğu şirkətin Azərbaycanda hərbi, mülki və xidməti gəmilərin istehsalına maraq göstərdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti